AZ   |   RU
Keçmiş arvadını qətlə yetirib, sonra intihar etdi

İmişlidə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb. 
Qeyd olunub ki, iyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla qadının keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • 18-06-2022, 11:06