AZ   |   RU
Bütün yollar Zəngəzur dəhlizinə aparır - Vüqar Bayramlının şərhi

"İşğaldan azad edilmiş ərazilərimizdə yeni tikinti və bərpa işlərinə başlanılıb. Çox qısa zamanda loqistik və nəqliyyat infrastrukturunun formalaşması, həmin ərazilərin kkomunal xətləri ilə, xüsusən energi ilə təhcizatı istiqamətdə işlər görülüb, indi də proses sürətlə davam etdirilir. Füzuli Beynəlxalq Hava limanında ilk uçuşlar həyata keçirilib, rəsmi açılışı olacaq. Bu liman dünyada ən qısa müddətdə inşa edilən hava limanıdır". 

Missiya.Az xəbər verir ki, bu fikirləri "Rupor"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramlı bildirib. 

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işləri, yol-nəqliyyat, enerji təchizatı və s. infrastruktur layihələrinin həyata keçirilməsi, vətəndaşların öz torpaqlarına  tezliklə qayıtmasının prioritet vəzifə kimi müəyyən edilməsi, bu istiqamətdə ciddi səylər göstərilməsi və böyük resurslar səfərbər olunması. Azad edilmiş ərazilərə nəhəng sərmayə qoyuluşu (2021-ci il üçün təqribən 1.3 milyard ABŞ dollar) və vüsət alan quruculuq işlərinin təhlilinin şərhini verən deputat azad olunan ərazilərdə 600 kilometrdən artıq yolların işa edildiyini də xüsus vurğulayıb. 

Vüqar Bayramlı vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi fonunda həmin dəhlizə inteqrasiya olunacaq infrastrukturun sürətlə qurulduğu müşahidə olunur: "Füzuli-Horadiz-Ağbənd avtomobil yolu, Horadiz-Cəbrayıl-Ağbənd dəmir yolunun qurulması bir daha təsdiqləyir ki, işlər paralel aparılır. Burada Azərbaycan hökumətinin dəstəyini xüsusi vurğulamaq lazımdır. Görülən işlərə böyük büdcə vəsaitləri xərclənir. Xarici borclara girmədən bərpa işləri aparılır. İşğalda azad olunan ərazilərdə tikinti-bərpa işlərinə 2,2 milyard manat vəsait ayrılıb. Maliyyə gücü və iqtisadi resursları imkan verir ki, Azərbaycan bu işləri daha qısa zamanda və keyfiyyətlə başa çatdırsın. Bu da onu deməyə əsas verir ki, Qarabağa həyat və sevinc daha qısa müddətdə qayıdacaq". 

  • 14-10-2021, 19:50