AZ   |   RU
Türkiyə Azərbaycandan aldığı tranzit sertifikatlarının sayını açıqlayıb

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi son iki həftədə Azərbaycandan 1 000 ədəd 3-cü ölkə və 3 000 ədəd isə tranzit sertifikatı alıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, eyni dövrdə nazirlik Gürcüstandan 3 000 ədəd 3-cü ölkə, Belarusdan 1 000 ədəd boş giriş yükü və 500 ədəd 3-cü ölkə, Estoniyadan 200 ədəd tək-tip icazələri, Yunanıstandan isə 3 000 ədəd ikitərəfli tranzit sertifikatı alıb. Bununla da, bu il ərzində 21 müxtəlif ölkədən alınan əlavə icazələrin sayı 320 mini, keçid icazələrinin ümumi sayı isə 1,6 milyonu ötüb.

Bu ilin noyabr ayının əvvəlinə Nəqliyyat və İnfrastruktur Nazirliyindən beynəlxalq daşıma fəaliyyətini həyata keçirmək üçün icazə sertifikatı alan şirkətlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 50 % artıb.

Eyni dövrdə beynəlxalq daşımaları həyata keçirmək üçün nazirliyin avtomatlaşdırılma sistemində qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 55 min ədəd, şirkətlərdə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı isə orta hesabla 33 % artıb.

Bu ilin yanvar-oktyabr aylarında beynəlxalq avtomobil daşımaları 15 % artıb.


  • 24-11-2022, 10:13