AZ   |   RU
BMT Azərbaycan xalqını təbrik edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Missiya.Az
xəbər verir ki, bu barədə təşkilatın Azərbaycan nümayəndəliyinin tviterində yazılıb.

“Birləşmiş Millətlər Təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir! Əbədi müstəqillik, əmin-amanlıq və dayanıqlı inkişaf arzulayırıq!”, - paylaşımda bildirilib.

  • 18-10-2022, 11:27