AZ   |   RU
“Rosneft”Almaniya hökumətini məhkəməyə verib

Rusiyanın ən böyük neft ixracatçısı “Rosneft” Almaniya hökumətini şirkətin ölkədəki törəmələrini ələ keçirdiyinə görə məhkəməyə verib.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumatda bu barədə İnzibati Məhkəmədə iddia qaldırıldığı qeyd olunub.

“Almaniyanın İqtisadiyyat Nazirliyinə qarşı çıxaraq, şirkətin neft tədarükü ilə bağlı öhdəliklərini həmişə yerinə yetirdiyini nəzərə alsaq, Rosneft-in bütün aktivlərini, o cümlədən ölkədəki üç neft emalı zavodunu idarə edən Almaniyanın Rosneft-ə qəyyumlar təyin etmək qərarı ədalətsizdir” deyə şirkətin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Almaniya hökuməti ölkədəki enerji böhranını əsas gətirərək sentyabrın 16-da “Rosneft”in ölkədəki törəmə şirkəti olan “Rosneft Germany” şirkətinə müvəkkil təyin edib.

Berlin üçün dizel və benzin yanacağının əsas tədarükçüsü olan Şvedtdəki PCK neft emalı zavoduna nəzarət də Bundestaqa verilib.

Teymur ASLANOV
Missiya.Az

 

  • 14-10-2022, 16:13