AZ   |   RU
Neftin qiyməti cüzi artıb

Dünya bazarında neftin qiyməti cüzi artıb.

Missiya.Az
xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin dekabr fyuçersləri 0,2 % artaraq 1 bareli 94,76 ABŞ dolları təşkil edib. WTI markalı neftin noyabr fyuçersləri də 0,2 % artaraq 89,31 ABŞ dollarına satılıb.

Hazırda bazarlar ABŞ-da kommersiya ehtiyatları və bu növ xammalın istehsalı ilə bağlı statistikaya reaksiya verir. Ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları birdən-birə 9,9 milyon barel artaraq 439,1 milyon barelə çatıb. Bu da 2021-ci ilin iyul ayının sonundan bəri ən yüksək göstəricidir.

Digər tərəfdən, ABŞ-da həftə ərzində neft hasilatı gündəlik 100 min barel azalaraq 11,9 milyon barelə düşüb.

  • 14-10-2022, 11:13