AZ   |   RU
Azərbaycanın kimya sənayesi məhsullarının Pakistana ixracı müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistanın Sənayelər və İstehsalat Nazirliyinin katibi İmdadullah Bosal və Pakistan Ticarət Korporasiyasının sədri Rafeo Bəşir Şah ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeenin də iştirak etdiyi görüşdə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə birgə layihələrin icrasının əhəmiyyəti qeyd olunub, Azərbaycanda istehsal olunan kimya sənayesi məhsullarının Pakistana ixracı, eləcə də kənd təsərrüfatı məhsullarının ticarəti imkanları barədə fikir mübadiləsi aparılıb.


  • 29-09-2022, 10:40