AZ   |   RU
Azərbaycanda bankların daxili imkanları hesabına ipoteka kreditləşməsinin payı 40%-ə yaxınlaşıb
\
2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.

Missiya.Az
xəbər verir ki, Report bu barədə hökumətdəki mənbəyə əsasən məlumat yayıb.

"Əgər o vaxta qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin xüsüsi çəkisi təxminən 80% idisə, hazırda 61,5%-ə düşüb. Belə ki, 2,6 milyard manatlıq ipoteka portfelinin 1 milyard manatlıq hissəsi və yaxud 38,5%-i bankların daxili imkanlarının hesabınadır", - deyə o, qeyd edib.

Bankların öz vəsaitləri hesabına biznes kreditləşməsindəki payı isə 88%-dir.

"Son vaxtlar dövlət xətti ilə verilən biznes kreditlərinin məbləğində əhəmiyyətli artım müşahidə edilmir. Bu da onunla bağlıdır ki, ayrılan vəsait amortizasiya olan vəsaitlə eynidir", - deyıə mənbə əlavə edib.


  • 22-07-2022, 11:52