AZ   |   RU
Azərbaycan qazın ixracını 26%-dək artırıb

Bu ilin birinci yarısında Azərbaycan 11,2 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 25,7% çoxdur.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz “Twitter“ hesabında paylaşım edib.

“Birinci yarım ildə operativ məlumatlara görə Avropa|ya 5.4 mlrd. kubmetr, Türkiyə|yə 4.3 mlrd. kubmetr, Gürcüstan|a isə 1.5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 25.7% artıb”, - baylaşımda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə ölkədə hasil edilmiş 16.5 mln. ton neftin 13.4 mln. tonu ixraca nəql edilib.

“Ötən ilin eyni dövrü ilə müqayisədə 15.1% artımla hasil edilmiş 23.4 mlrd. kubmetr qazın 11.2 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda söylənilir.


  • 9-07-2022, 10:37