AZ   |   RU
Təhsil Nazirliyinin idarəsi 4 milyon manatlıq 2 tenderə yekun vurub


Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi nazirliyin şəbəkə infrastrukturuna, eləcə də təhsil müəssissələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin təhsil verənlərin işə qəbulu müsabiqəsi zamanı İKT avadanlıqlarına texniki dəstək, elektron resursların və elektron dərsliklərin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Missiya.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Azedunet” və “Edumedia Azərbaycan” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,838 milyon manat və 1,292 milyon manat, ümumilikdə isə 4,13 milyon manat ödəniləcək.


  • 5-07-2022, 09:11