Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 0,67 % artaraq 118,57 ABŞ dolları təşkil edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə neft bazarındakı mənbədən məlumat verilib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri
110,17 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti
50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin
21-də (
15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (
149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı
25 %-dir.