AZ   |   RU
Qızılın qiyməti ucuzlaşıb

Qızılın qiyməti düşüb. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Carom Pauelin monetar siyasətlə bağlı planlar haqqında şərhlərini gözləyirlər.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, birjalar məlumat yayıb. Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,56%, yaxud 10,25 dollar ucuzlaşaraq 1 unsiyası 1 828,35 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 1,79% düşərək 1 unsiyası 21,385 dollar təşkil edib.

İnvestorlar Cerom Pauelin Konqres qarşısında çıxışı zamanı FES-in iyul iclasında faiz dərəcəsinin 75 baza bəndi artırılması ilə bağlı ipucular səsləndirəcəyinə ümid edirlər.

Belə olan tədqirdə, qızılın qiymətindəki eniş sürətlənə bilər.


  • 22-06-2022, 09:57