AZ   |   RU
Azərbaycan Gürcüstandan avtomobil idxalını 14 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 96,6 milyon ABŞ dolları dəyərində 11 677 ədəd minik avtomobili idxal edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 1 870 ədəd və yaxud 13,8 % azdır.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 191 milyon ABŞ dolları dəyərində avtomobil təkrar ixraca yönəlib ki, bunun da 50,58 %-i Azərbaycanın payına düşüb.


  • 20-06-2022, 17:36