AZ   |   RU
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

2022-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 11,781 milyon ton neft nəql olunub.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 79,8 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 14,771 milyon ton neft nəql edilib.

Yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2,01 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.

  • 17-06-2022, 19:30