AZ   |   RU
"Azərişıq" vahid idarəetmə sistemi üzrə məlumat bazası yaradır

"Azərişıq" ASC Enerji Vahid İdarəetmə Sistemi (“Evis”) üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin (vahid məlumat bazasının) yaradılması üçün açıq tender elan edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 13-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyulun 21-I, saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 13 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 22-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.



  • 17-06-2022, 18:01