AZ   |   RU
ABŞ şirkəti: "Azərbaycanda pullu insan çoxdur"

Azərbaycanda pullu insan çox olsa da startaplara vəsait yatıran təəssüf ki, azdır.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən ABŞ-ın “Technovate İnvestments”i şirkətinin qurucusu Fərid İsmayılzadə deyib.

F.İsmayılzadənin sözlərinə görə, yaratdıqları "Angel" klubu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyadan olan startaplara investisyalar yatırıb:
"Bu vaxta qədər startaplara 250 min ABŞ dolları məbləğində investisiya yatırmışıq. Amma hazırda dəstklədiyimiz startapların dəyəri 23 milyon ABŞ dollarına çatıb".

F.İsmayılzadə qeyd edib ki, sentyabrda Azərbaycandan olan startapların ABŞ-dakı Silikon Vadisinə səfəri təşkil olunacaq.


  • 14-06-2022, 09:46