AZ   |   RU
Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb


Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.

Missiya.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.

"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.

O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.

  • 27-03-2021, 16:33