AZ   |   RU
"Neftçi" Çempionlar Liqasının rekordçusu ilə qarşılaşacaq

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək HİK klubu 30 qat Finlandiya çempionudur.

Missiya.Az
xəbər verir ki, paytaxt Helsinkini təmsil edən "göy-ağlar"ın aktivində 14 qat ölkə çempionluğu da var.

HİK Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç "Malmö"sünə iki oyunun yekunda uduzub - 1:2, 2:2.

Toni Koskelanın baş məşqçi olduğu kollektiv hazırda davam edən Finlandiya Veykkauskliqasında 13 oyundan 24 xalla liderdir. 114 yaşlı klub oyunlarını Helsinkidəki 10 700 tamaşaçı tutumuna malik "Bolt Arena"da keçirir.

HİK 1998/1999 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. 2011/2012 mövsümündə isə paytaxt komandası II təsnifat mərhələsinin cavab görüşündə Uelsin "Banqor Siti" klubunu 10:0 hesabı ilə yenib və qitənin ən nüfuzlu klub turnirinin məhsuldarlıq rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, "Neftçi" HİK-lə ilk oyununu 5 avqustda evdə, cavab görüşünü 12 avqustda səfərdə keçirəcək.


  • 28-07-2021, 23:22