AZ   |   RU
AVRO-2020: Türkiyə yığması açılış oyununda böyük hesabla uduzdu

Fitbol üzrə Avropa çempionatına start verilib.
 
Missiya.Az xəbər verir ki, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb.
Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib. 

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib. 

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.

  • 12-06-2021, 00:57