AZ   |   RU
Fernando Alonso Azərbaycan Qran-prisini təriflədi


"Bakı hər zaman xoşuma gəlib. Orada çətin döngələr və əlverişli ötmə imkanlarına malik yaxşı tras var".

Missiya.Az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının pilotu Fernando Alonso "Marca"ya açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

40 yaşlı sürücünun fikrincə bu Bakı trasında gözlənilməyən hər şey baş verə bilər: "Azərbaycanda əlverişli küçə trası tapmaq çətindir".
İkiqat dünya çempionu Monako və İspaniya Qran-prilərində xal toplaya bilməyib. Lakin o, iki illik aradan sonra "Formula 1"ə böyük üdmidlərlə qayıtdığını bildirib: "Hər Qran-priyə böyük əminliklə çıxıram. Daim öyrənir və bolidimi mükəmməlləşdirirəm".

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək.

  • 1-06-2021, 10:19