AZ   |   RU
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Mərakeş millisi Afrika Millətlər Kubokunda iştirak etməyəcək.

Missiya.Az
yerli futbol federasiyasına istinadən xəbər verir ki, buna yığmanın turnirin keçirildiyi Əlcəzairə yollana bilməməsi səbəb olub.

Yerli "Royal Air Maroc" aviaşirkəti ölkələr arasındakı siyasi gərginliyə görə Əlcəzairə uçmaqdan imtina edib.

Afrika Millətlər Liqası 13 yanvar - 4 fevralda təşkil olunacaq.

Qeyd edək ki, Mərakeş millisi Qətərdəki dünya çempionatında yarımfinala yüksəlməklə bunu bacaran ilk Afrika təmsilçisi olub.


  • 12-01-2023, 22:59