AZ   |   RU
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Estoniya millisi yoldaşlıq oyunu keçirib.

Missiya.Az
xəbər verir ki, Tomas Heberlinin baş məşqçi olduğu komanda Portuqaliyadakı təlim-məşq toplanışında Finlandiya ilə üz-üzə gəlib.

Qarşılaşma estoniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 84-cü dəqiqədə Martin Miller vurub.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya ilə yanaşı, Belçika, Avstriya və İsveçlə də mübarizə aparacaq.


  • 12-01-2023, 22:01