AZ   |   RU
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Əfsanəvi futbolçu Pelenin vida mərasimində iştirak etməyən Braziliyanın keçmiş və indiki oyunçuları sərt tənqidlərə məruz qalıblar.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, azarkeşlər sosial şəbəkələrdə kədərləndiklərini bildirən, lakin keçmiş hücumçu ilə vida tədbirinə qatılmayanlardan narazıdırlar.

Tənqid edilənlərdən biri hazırda Fransa PSJ-sində çıxış edən "Santos"un sabiq futbolçusu Neymardır.

31 yaşlı forvard Pele ilə bağlı paylaşımında vida mərasiminə qatılmadığı üçün mənfi rəylər alıb.

Braziliya millisinin sabiq oyunçusu Kakanın da dəfndə iştirak etməməsi fanatları qəzəbləndirib.

Bundan əlavə, Ziko, Romario, Ronaldo, Ronaldinyo və bir sıra digər məşhur futbolçular da eyni səbəbdən tənqid ediliblər.


  • 5-01-2023, 15:50