AZ   |   RU
On doqquz yaşlı futbolçulardan ibarət millimizin rəqibləri məlum olub

Final mərhələsi 2024-cü ildə Şimali İrlandiyada təşkil olunacaq 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Missiya.Az
AFFA-nın saytına istinadla xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Niderland, Bosniya və Herseqovina və Lüksemburq yığmaları ilə birlikdə 11-ci qrupda yer alıb.

Bu qrupun oyunları noyabrın 15, 18 və 21-də Lüksemburqda keçiriləcək.


Baxış sayı: 162
  • 8-12-2022, 18:06