AZ   |   RU
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda
Bu gün DÇ-2022-nin E qrupunda III turun oyunları keçiriləcək.

Missiya.Az
Apasport.az saytına istinadən xəbər verir ki, baş tutacaq iki matçla qrupda mübarizə yekunlaşacaq.

Son tur 1/8 finala iki vəsiqənin sahibini müəyyənləşdirəcək. Həlledici xarakter daşıyan bugünkü qarşılaşmalar öncəsi bütün komandaların qrupdan çıxmaq şansı var.

İspaniyaya Yaponiya ilə qarşılaşmada heç-heçə də kifayətdir. Asiyalılar, həmçinin Almaniya ilə üz-üzə gələcək Kosta-Rika isə paralel keçən matçdan asılı vəziyyətə düşməmək üçün qalib gəlməlidir.

Dördqat dünya çempionu Almaniyanın durumu daha ağırdır. Bundestim həm özü qalib gəlməli, həm də Yaponiya – İspaniya görüşünün nəticəsini gözləməlidir.

Qeyd edək ki, artıq 1/8 finalın 4 cütü müəyyənləşib. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə - Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək. Onlardan başqa Braziliya və Portuqaliya da 1/8 finala yüksəlib.

DÇ-2022, qrup mərhələsi
E qrupu
III tur, 1 dekabr
23:00. Yaponiya – İspaniya 2:1


Qollar: 
Ritsu Doan, 48. Ao Tanaka, 53 – Alvaro Morata, 12

23:00. Kosta-Rika – Almaniya 2:4


Qol: 
Yeltsin Texeda, 58. Xuan Pablo Varqas, 70 – Serj Qnabri, 10. Kay Haverts, 73, 85. Niklas Fülkruq, 90+1


  • 2-12-2022, 01:16