AZ   |   RU
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizə aparacaq.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.

Sonuncu raund 14 - 20 noyabrda gerçəkləşəcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.

  • 1-11-2022, 14:23