AZ   |   RU
“Qarabağ”ın əsas futbolçusu “Frayburq”la oyuna çıxmayacaq


Ölkə çempionatında "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
 
Missiya.Az "Report"a istinadən verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, təcrübəli futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Qara Qarayevin isə “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
 
Qeyd edək ki, "Qarabağ" noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

  • 31-10-2022, 16:35