AZ   |   RU
Sosial Xidmət Müəssisəsinin sakinləri üçün gimnastika tədbiri keçiriləcək

Gənclər və İdman Nazirliyi Azərbaycan Gimnastika Federasiyası və Sosial Xidmətlər Agentliyi ilə birgə Sosial Xidmət Müəssisəsinin sakinləri üçün "Gimnastika hamı üçün" növü üzrə tədbir təşkil edəcək.

Missiya.Az
-a verilən xəbərə görə, Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində keçiriləcək tədbirdə "Gimnastika hamı üçün" növü üzrə Azərbaycanın “Qızıl yaş” komandasının (50 yaş və yuxarı) çıxış proqramı təqdim olunacaq.

Qeyd edək ki, Master-klass və gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərindən ibarət ümumi məşğələlər keçiriləcək. 

Tədbir oktybarın 31-i saat 11:00-da, Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində olacaq. 
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi, 24

  • 28-10-2022, 16:34