AZ   |   RU
UEFA "Qarabağ"dan reportaj hazırlayıb


UEFA Avropa Liqasında çıxış edən "Qarabağ"la bağlı reportaj hazırlayıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, təqribən 8 dəqiqəlik video-çarxda "köhlən atlar"ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.

UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular - Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.

Qeyd edək ki, G qrupunda çıxış edən "Qarabağ" növbəti oyununu V turda Fransada "Nant"a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.


  • 24-10-2022, 16:11