AZ   |   RU
“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

“Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”.

Missiya.Az
"Report"a istinadla xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşçisi Murad Musayev “sports.ru” saytına müsahibəsində “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı haqqında danışarkən deyib.

Rusiyalı mütəxəssis vurğulayıb ki, “Qarabağ” sabit struktura malikdir: “14 ildir ki, komandaya bir məşqçi rəhbərlik edir. Hər şey kərpic-kərpic hörülüb. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar”.

Azərbaycan çempionunun iki eynigüclü heyətə malik olduğunu deyən Musayev itkilər olsa da, komandanın dayanmadığını qeyd edib: “Ən vacib məsələ, komandanın iki güclü heyəti var. Onlar Avropada bir heyətlə oynayıb üç gün sonra isə fərqli oyunçularla Azərbaycanda meydana çıxacaqlar, oyun keyfiyyətindən isə heç nə itirməyəcəklər. Məsələn, “Ferentsvaroş” ilə ev matçında yarımmüdafiəçi, əsas oyunçu Kadi, üstəlik iki mərkəz müdafiəçisi yox idi, hansı ki, onlardan biri komandanın kapitanıdır, ancaq yenə onları dayandırmaq mümkün olmadı”.

38 yaşlı çalışdırıcı “Qarabağ”ın Avroliqadakı “Olimpiakos” və “Nant”la oyunlarını xatırladıb: “Onların hərəsinə 3 cavabsız qol vurduqları “Olimpiakos” və “Nant”la matçlarına baxsanız, üstün tərəf olduqlarını başa düşəcəksiniz. Komanda əks-hücum taktikası ilə oynamır, qapının ağzında “avtobus” qoymurlar. Cinahları çox fəal istifadə etdikləri dörd müdafiəçili sistemlə çıxış edirlər. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Bütün oyunlarda rəqiblərindən üstün olublar”.


  • 24-10-2022, 12:09