AZ   |   RU
“İlkə imza atdığım üçün xoşbəxtəm” - Gövhər Beydullayeva

“Yarışa ciddi hazırlaşmışdım. Dünya çempionatına qələbə üçün getmişdim. İlk turlardan başlayaraq üstünlük əldə etməyim məni daha da ruhlandırdı. Sondan əvvəlki turda artıq qələbəni təmin etdiyimi hiss edirdim. Ölkəmizin şahmat tarixində bir ilkə imza atdığım - 20 yaşa qədər qadınlar arasında qızıl medal qazandığım üçün xoşbəxtəm”.

Missiya.Az-
ın əldə etdiyi məlumata görə, bu sözləri İtaliyada şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva təəssüratlarını jurnalistlərlə bölüşən zaman deyib.

Gövhər Beydullayeva növbəti hədəf kimi Dünya Kubokunda uğurlu çıxış etməyə çalışacağını söyləyib: “Dünya kubokunda da maksimum nəticə göstərmək istəyirəm. Qadınlar arasında dünya çempionatında iştirak edərək həmin yarışda da Azərbaycanı layiqincə təmsil etmək arzularımdan biridir”.

  • 24-10-2022, 10:27