AZ   |   RU
"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər


"Nant"ın iki futbolçusu Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu buraxa bilər.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında bildirib.

59 yaşlı mütəxəssis Şarl Traore və Fabionun zədəli durumda olduğunu söyləyib. Kombuare onların Liqa 1-in XII turunda "Nitsa" ilə səfər matçında iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.


  • 22-10-2022, 13:25