AZ   |   RU
Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb

Kişi boksçular arasında Azərbaycan çempionatında III günün döyüşləri başa çatıb. 38 komandanın qatıldığı yarışda bu gün 17 görüş baş tutub. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.

Missiya.Az
-ın əldə etdiyi məlumata görə, qarşılaşmaların nəticəsinə əsasən 63,5 kq, 67 kq, və 75 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Çempionatın IV günündə 20 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Qeyd edək ki, yarışda final döyüşlərinin vaxtında dəyişiklik edilib. Milli komandanın təlim-məşq toplanışı ilə bağlı çempionatda nəzərdə tutulan istirahət günü olmayacaq və qaliblər oktyabrın 24-də müəyyənləşəcək.

Azərbaycan çempionatı
III günün nəticələri
1/8 final mərhələsi

63,5 kq
Kənan Abışov (Sumqayıt) – Ayxan Muradlı (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – Nəsrullah Məcdi (“Kür” İK) – ikinci döyüşə gəlməyib
Mirrahib Məmmədov (Sumqayıt) – Kənan Qasımlı (“Sərhədçi”) – 0:5
Liaqat Hussaini (“Qara papaq” İK) – Fariz Süleymanov (DGK İK) – 0:5
İbrahim Hüseynov (Abşeron) – Vüsal Zeynalov (Naxçıvan MR) – 5:0
İlqar Salahov (DGK İK) – Elçin Qulamov (DİN İK) – 5:0
Pərvin Heydərov (“Qızıl əlcək” İK) – Əlyar İbrahimov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Şəmsi Şahbazov (MOİK) – Taleh Qasımoğlu (Z-1) – 5:0
Şamil Həbibov (DİN İK) – Pərviz Quliyev (Ağcabədi) – 0:5

75 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Fərid İsmayılli (Qəbələ) – 5:0
Kənan Şükürov (DGK İK) – Ənvər Babayev (UGİM-1) – 0:5
Fərid Qəribov (“Qızıl əlcək”) – İsmayıl Hüseynov (BFL) – 0:5
Böyükağa Qasımov (“Qara papaq” İK) – Əziz Sultanov (Balakən) – birinci nokautla qalib gəlib
Fariz Qəribov (Gəncə) – Turkeş Mustafayev (BFL) – 0:5
Taleh Əliyev (“Şamaxı” İK) – Səbuhi Abışov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
Rəhim Əliyev (“Qızıl əlcək” İK) – Qəşəm Məmmədov (“Sərhədçi”) – 4:1
Rasim Çobanlı (MOİK) – Amin Kuşkov (DGK İK) – 2:3


  • 20-10-2022, 17:44