AZ   |   RU
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ANOC-un 26-cı Baş Assembliyasında iştirak edib

Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Seulda keçirilən 26-cı Baş Assembliyasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş Katibi Azər Əliyev və Xarici Əlaqələr Şöbəsinin direktoru Anar Bağırov iştirak ediblər.

Missiya.Az
xəbər verir ki, assembliyada Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və BOK-un rəsmi nümayəndələri çıxış ediblər. 

ANOC-un İcraiyyə Şurasının iclasında Milli Olimpiya Komitələrinin maraqlarını qorumaq və inkişaf etdirmək, Olimpiya dəyərlərinin bütün dünyada təbliği missiyasını dəstəkləmək üçün cavabdeh olan Assosiasiyasının fəaliyyəti ilə bağlı müzakirələr edilib. 

 
Görüş çərçivəsində, World 2023 ANOC Beach Games ilə bağlı da məlumat verilib.

Oktyabrın 19-u və 20-si tarixlərində, Assosiasiya öz fəaliyyəti ilə yanaşı, işçi qrupların da fəaliyyəti ilə bağlı əsas məsələlərdə hesabat verəcək. Əlavə olaraq, yay və qış olimpiyadalarının təşkilat komitələri tərəfindən hazırlıqla bağlı brifinqlər keçiriləcək. Nəzərinizə çatdıraq ki, Okyabrın 20-si, Baş Assembliyanın ikinci günü, keçirilən seçkilərin nəticəsində ANOC-un prezidenti seçiləcək. Qeyd edək ki, rəsmi olaraq prezident seçiləcək şəxs həm də Beynəlxalq Olimpiya Komitəsinin İdarə Heyəti tituluna sahib olur.


  • 19-10-2022, 16:08