AZ   |   RU
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır


Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi oyunlara hazırlaşır.

Federasiyadan Missiya.Az-
a verilən məlumata görə, Çingiz Əzimovun rəhbərliyi ilə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.

Yığma Pireney təmsilçisi ilə hər iki matçını rəqib meydanında keçirəcək.
Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin "Multiusos de Paredes" arenasında təşkil olunacaq.


  • 18-10-2022, 16:20