AZ   |   RU
Sabah Azərbaycan Basketbol Liqasında 2-ci tur start götürəcək

19 oktyabr Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 2-ci turu çərçivəsində iki görüş baş tutacaq. Saat 18.30 -dan etibarən turun açılış oyununda iki region komandası, "Zirvə Astara BK" və "Gəncə BK"  üz-üzə gələcəklər. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Missiya.Az
xəbər verir ki, saat 21.00 -da isə "Sərhədçi PİK" və"Neftçi İK" basketbolçuları turun ikinci görüşündə öz münasibətlərini aydınlaşdırmağa çalışacaqlar. Görüş federasiyanın rəsmi "YouTube" hesabından canlı şərh olunaraq basketbol azarkeşlərinə təqdim olunacaq. 

Qeyd edək ki, bu qarşılaşmaları birbaşa arenadan izləmək istəyən bütün basketbol sevərləri Sərhədçi İdman Mərkəzinə dəvət edirik (Giriş pulsuzdur)

  • 18-10-2022, 10:44