AZ   |   RU
“Olimpiakos”un baş məşqçisi: “Mübarizə aparmaq asan deyil”

“İlk növbədə oyunçularımı təbrik edirəm”.

Missiya.Az
Apasport.az-a istinadən xəbər verir ki,  bu sözləri “Olimpiakos”un baş məşqçisi Miçel Qonzales Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən IV tur oyunundan sonra deyib.

İspaniyalı çalışdırıcı 0:0 hesabı ilə yekunlaşan matçdan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularım üçün belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil. Gələcəyə ümidlə baxırıq”.

  • 13-10-2022, 23:07