AZ   |   RU
Riad Rəfiyev: "Bəlkə De Byaziyə deyiblər ki, ikinci yeri tutsan da, bəsdir?!"

"Bəlkə də De Byaziyə deyiblər ki, elə ikinci yeri tutsan da, bəsdir?!"

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu müsahibəsində "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev AFFA-nın Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqaviləni uzatması barədə danışarkən deyib.

Funksioner bu məsələdə neytral şəxs olduğunu bildirib: "Mənim bu məsələdə heç bir marağım yoxdur".

O, "Niyə Qurban Qurbanov Millətlər Liqasında ikinci yeri tutduqdan sonra istefaya göndərildi, italiyalı mütəxəssis isə vəzifəsində qaldı" sualına belə cavab verib: "Qurbanov Azərbaycanın ən böyük məşqçisidir.

“Qarabağ”la möhtəşəm işlər görür, əla nəticələr qazanır, bunu heç kim dana bilməz. Niyə eyni nəticəyə görə bir məşqçi ilə yolların ayrılıb, digəri ilə davam edilməsi məsələsinə gəlincə, bu barədə heç nə deyə bilmərəm. Çünki tərəflər arasında hansı razılaşmaların olduğunu, hədəflərin necə müəyyənləşdirildiyini bilmirik. Düşünürəm ki, AFFA-nın De Byazi ilə müqavilə müddətini uzatmağında əsas səbəb milli komandanın son üç oyunda qələbə qazanmasıdır".
Riad Rəfiyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

  • 12-10-2022, 22:00