AZ   |   RU
Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi açıqlanıb

Ən son 2019 -cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur.

Missiya.Az
xəbər verir ki, 12 Oktyabr "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış mərasimi baş tutacaq. Açılış oyununda "Sərhədçi PİK" və "NTD BK" komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18.30 -da start götürəcək və CBC sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, birinci turun digər görüşləri 15 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.

  • 10-10-2022, 10:31