AZ   |   RU
Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq turniri davam edir

Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir.
 
Missiya.Az
xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin üçüncü oyun günündə daha iki görüş keçirildi. İlk qarşılaşmada, "Olimpik Şəki BK" basketbolçuları "Zirvə Astara BK" komandasına 111-104 hesabı ilə qalib gəldilər. Növbəti oyun isə "Gəncə BK" və "Neftçi İK" komandaları arasında keçirildi. Görüşə fəal başlayan Gəncə komandası, sonda rəqibi üzərində 113-74 hesablı qələbə qazandı.

Qeyd edək ki, 5 oktyabr tarixində turnirin yarımfinal oyunları keçiriləcəkdir. Bu mərhələdə, "NTD BK" - "AAAF Xırdalan", "Gəncə BK" - "Zirvə Astara BK" komandaları üz-üzə gələcəklər.

  • 5-10-2022, 12:02