AZ   |   RU
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar aparır: "Çempionat xoşuma gəlir"

"Sumqayıt" "Keşlə" (hazırkı "Şamaxı") klubunun sabiq baş məşqçisi Yuri Maksimovla danışıqlar aparır.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis özü açıqlama verib. O bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə müzakirələr davam edir: "Vəziyyətin necə inkişaf edəcəyini deyə bilmərəm. Danışıqlar davam edir. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək".

54 yaşlı baş məşqçi yenidən Azərbaycanda işləmək istədiyini gizlətməyib: "Premyer Liqanın səviyyəsi xoşuma gəlir. Razılıq əldə olunsa, ora qayıtmaq istəyərəm. Amma dediyim kimi, hələ heç nə bəlli deyil".

Maksimov müharibə ilə bağlı Ukraynada hökm sürən vəziyyətə də toxunub: "Durum kənardan göründüyündən dəhşətlidir. Bu, savaş deyil. Çünki müharibə iki ölkənin ordusu arasında olur. Bizdə isə hər gün günahsız insanlar, sıravi vətəndaşlar ölür. Ümid edirəm ki, hər şey tezliklə bizim xeyrimizə başa çatacaq".

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.


  • 24-09-2022, 12:48