AZ   |   RU
Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Bakı Azərbaycan və Qazaxıstan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

Missiya.Az
xəbər verir ki, qarşılaşma Almaniyadan olan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Harm Osmers olacaq.

İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Slovakiyanın qonağı olacaq.


  • 22-09-2022, 12:12