AZ   |   RU
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Missiya.Az xəbər verir ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gəlib. "Polyud" stadionundakı görüş "qırmızı-qaralar"ın 0:3 hesablı məğlubuiyyəti ilə başa çatıb.

Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Yere Vrçiç, 51-ci dəqiqədə Marun Kalusiç və 83-cü dəqiqədə Kresimir Nazor vurub.

Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.


  • 12-09-2022, 21:10