AZ   |   RU
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Missiya.Az xəbər verir ki, 65 kq-da Zirəddin Bayramov və 70 kq çəki dərəcəsində Kənan Heybətov qızıl medal görüşlərinə çıxacaqlar.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, özbəkistanlı Umidcan Cəlalov və ABŞ təmsilçisi Miçel Mesenbrinklə üz-üzə gələcəklər.

Qeyd edək ki, final görüşləri avqustun 16-da baş tutacaq.

  • 15-08-2022, 22:22