Ana səhifə > Gündəm / Video > Çeçenistanın dini liderindən Ramzan Kadırova sərt sözlər –

Çeçenistanın dini liderindən Ramzan Kadırova sərt sözlər –


22-09-2022, 17:53

Şimali Qafqaz respublikaları Rusiyada keçirilən hərbi səfərbərliyə qəti etiraz edirlər.

Missiya.Az
rus teleqram kanallarına istinadən xəbər verir ki, Dağıstanın Buynaks rayonunda yerli əhali Hərbi Komissariat işçisinə etiraz edirlər və Ukraynada vuruşmaq istəmədiklərini deyirlər.

Çeçenistanda isə Ramzan Kadırova qarşı qəzəb və tənqid getdikcə artır. Çeçenistan müsəlmanlarının müftisi və ruhani lideri Salah-hacı Mejiyev səfərbərliyə sərt reaksiya verib. O. Ramzan Kadırova video-müraciət ünvalayaraq, gənc çeçen oğulları qırğına göndərməməyə çağırıb. “Ramzan, sən çeçen gəncləri ölümə göndərirsən! Əgər oranı cənnət hesab edirsənsə, nə üçün özün də gedib vuruşmursan? Öz rahat yerində, isti yuvanda oturmusan. Çünki, ölmək istəmirsən! Sən ancaq böyük danışmağı bacarırsan! ”- deyə, müfti müraciətində qeyd edib.

SABAH
Missiya.Az

Geri qayıt