AZ   |   RU
İranın ABŞ-dakı keçmiş səfiri 93 yaşında vəfat edib
İranın ABŞ-dakı səfiri Ərdəşir Zahedi 93 yaşında İsveçrədə vəfat edib.

Missiya.Az
xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Şah rejimi dövründə səfir işləmiş Zahedi 1979-cu ildə Ayətullah Xomeyni hakimiyyətə gəldikdən sonra Tehranı tərk edib.

O, İranda inqilabdan sonra ölümə məhkum olunub və İsveçrəyə mühacirət edib.

Siyasətçi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin etibarlı müşaviri və keçmiş kürəkəni, qərbyönlü hökumətin ən nüfuzlu diplomatlarından biri olub. Siyasətçinin aktrisa Elizabet Teylorla münasibətinin olduğu da deyilir.


  • 20-11-2021, 23:00