AZ   |   RU
Türkiyə səfiri Azərbaycana təşəkkür edib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qardaş ölkənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılması ilə əlaqədar ölkəmizə təşəkkür edib.

Missiya.Az xəbər verir ki, səfir bu barədə özünün tviterdəki səhifəsində yazıb.

“Cümhuriyyət Bayramımıza mənalı dəstək verən qardaş Azərbaycana ürəkdən təşəkkür edirik”, - deyə nazir sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) bu ölkənin bayrağı ilə işıqlandırılıb. Şəhərin müxtəlif yerlərindən stadionun üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.

İşıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

  • 29-10-2021, 21:52