AZ   |   RU
Eldar Həsənov xəstəxanaya yerləşdirildi

Sabiq baş prokuror və səfir Eldar Həsənov səhhətində yaranan problemlərə görə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Missiya.Az
xəbər verir ki, bu barədə E.Həsənovun vəkili Valeh Mehraliyev bildirib.

Vəkil müdafiə etdiyi şəxsin hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib.

Qeyd edək ki, E.Həsənovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.


  • 15-10-2021, 16:59