AZ   |   RU
Peyvənd olunmayanlar bu ölkəyə buraxılmayacaq

Koronavirus infeksiyasına qarşı peyvənd olunmayan şəxlərin Maltaya girişi qadağan olunacaq.

Missiya.Az xəbər verir ki, bu qərar 14 iyuldan qüvvəyə minəcək. 

Ölkənin səhiyyə naziri Kris Fernin sözlərinə görə, Malta Avropada bu addımı atan ilk ölkə olacaq. 

O əlavə edib ki, Maltaya səfər edən şəxslər peyvənd olunduqlarına dair sertifikat təqdim etməlidirlər. Uşaqlara gəldikdə isə, onlardan qısa zaman ərzində həyata keçirilmiş mənfi test nəticəsi tələb olunacaq. 

Bundan əlavə, Maltanın peyvənd olunmamış əhalisi ölkənin səhiyyə qurumlarının xüsusi icazəsi olmadan sərhəddən kənara gedə bilməzlər.


  • 10-07-2021, 11:12