AZ   |   RU
AVRO-2020: Türkiyə millisi Bakıya gəldi


AVRO-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.

Missiya.Az xəbər verir ki, "ay-ulduzlular" az öncə ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son 2 görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. İyunun 16-da Uelslə qarşılaşacaq Şenol Güneşin baş məşqçi olduğu kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.


  • 12-06-2021, 19:31